AZ

Malinin paytaxtında komendant saatı tətbiq edilib

Bamako şəhərində və ətrafında qüvvədə olan məhdudiyyətlər üç gün müddətinə tətbiq edilib, beynəlxalq hava limanı və iri hərbi baza nıəzarətə götürülüb...

Poliqon xəbər verir ki, Malinin paytaxtı Bamako şəhərində və onun ətrafında radikalların dəstələrinin bir sıra strateji obyektlərə, o cümlədən beynəlxalq hava limanına və paytaxtın kənarındakı ən böyük hərbi baza olan Katiyə əlaqələndirilmiş hücumlarından sonra komendant saatı tətbiq edilib. Valinin məlumatına görə, məhdudiyyətlər saat 21:00-dan 06:00-dək qüvvədədir və üç gün davam edəcək. Ölkənin müxtəlif yerlərində yerləşən onlarla şəhər də hücumlara məruz qalıb.

Maliya Silahlı Qüvvələrinin Baş Qərargahı hücumların dəf edilməsi və sonrakı hücum əməliyyatları zamanı yüzlərlə döyüşçünün məhv edildiyini bildirib. İlkin məlumata görə, 16 hərbi qulluqçu və mülki şəxs yaralanıb. Bamako və Kati bazasının döyüşçülərin qalıqlarından təmizlənməsi üzrə genişmiqyaslı əməliyyatlar davam edir. Ölkənin digər regionlarında da analoji tədbirlər həyata keçirilir.

Rusiya səfirliyi döyüşlər zamanı heç bir həmyerlisinin xəsarət almadığını bildirib. Rusiya XİN azərbaycanlı Rusiya vətəndaşları da daxil olmaqla, Rusiya vətəndaşlarına Malidə səfərlərdən çəkinməyi, artıq orada olanlara isə şəxsi təhlükəsizliklərini təmin etmək üçün lazımi tədbirləri görməyi tövsiyə edib. Xatırladaq ki, hücumları tuareq separatçı hərəkatı “Azavad Azadlıq Cəbhəsi” və “Cəmaət Nusrət əl-İslam vəl-Müslimin” cihadçı qruplaşmasının üzvləri törədib. Ölkənin Baş Qərargahı bütün hücumların uğurla dəf edildiyinə əminlik ifadə edib.

Poliqon.info

Seçilən
19
poliqon.info

1Mənbələr