AZ

Dünya Kuboku: Azərbaycanın 3 boksçusu finala çıxdı, 1 i bürünc qazandı

Fanat portalından alınan məlumata görə, ain.az xəbər verir.

Braziliyanın Fos-du-İquasu şəhərində keçirilən boks üzrə Dünya Kubokunda yarımfinal mərhələsi yekunlaşıb.

Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin 3 üzvü bu mərhələdə qələbə qazanaraq finala yüksəlib.

50 kq-da Sübhan Mamedov Anvarjan Xodjiyevlə (Qırğızıstan) üz-üzə gəlib. Boksçumuz rəqibini 4:1 (30:27, 30:27, 30:27, 30:27, 28:29) hesabı ilə məğlub edib. O, finalda İssam Bensayarla (Mərakeş) döyüşəcək.

Səidcəmşid Cəfərov (75 kq) da komanda yoldaşının uğurunu davam etdirib. O, finala gedən yolda Qabriel Quidi Rontani (İtaliya) üzərində inamlı qələbə qazanıb – 5:0 (30:27, 30:26, 30:27, 30:27, 30:27). Cəfərov həlledici görüşdə Tauan Silva (Braziliya) ilə gücünü yoxlayacaq.

Məhəmməd Abdullayev (+90 kq) yarımfinalda da rinqdən qalib ayrılıb. Boksçumuz bu dəfə Omar Şinaya (Norveç) gücünü göstərib – 5:0 (29:28, 30:27, 29:28, 30:27, 29:28). Milli üzvü finalda Davit Çaloyanla (Ermənistan) qüvvəsini sınayacaq.

Nəbi İsgəndərov (70 kq) isə yarımfinalda Kaian Reisi (Braziliya) döyüşüb və rəqib finala vəsiqə qazandığından boksçumuz bürünc medala sahib olub.

Qeyd edək ki, Dünya kubokuna bu gün, aprelin 26-da yekun vurulacaq.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
12
fanat.az

10Mənbələr