Məsud Pezeşkian Vaşinqtonun düşmənçilik siyasətini davam etdirdiyi müddətdə etimadın bərpasının mümkün olmadığını bildirib...
Poliqon xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian ABŞ-ın Yaxın Şərqdəki münaqişənin həlli istiqamətindəki addımlarında ziddiyyətlərin olduğunu qeyd edib. Press TV-nin verdiyi məlumata görə, Pezeşkian Pakistan prezidenti ilə söhbətində Vaşinqtonun Tehrana təzyiqləri davam etdirdiyini, eyni zamanda İslam Respublikası ilə diplomatik prosesə hazır olduğunu bildirdiyini deyib. Pezeşkian hesab edir ki, bu, münaqişənin həllinə kömək etmir.
İran prezidenti deyib: “ABŞ-ın dəniz blokadası da daxil olmaqla düşmənçilik tədbirlərini davam etdirməsi onların siyasi həll yoluna can atdıqları barədə bəyanatları ilə uyğun gəlmir”. O bildirib ki, Vaşinqton ölkəyə təzyiq göstərməyə davam etdiyi müddətcə “etimadın bərpası və dialoq yolunda irəliləyiş ciddi çətinliklərlə üzləşəcək”. Pezeşkian vurğulayıb: “İslam Respublikası təzyiq, hədə-qorxu və ya blokada şəraitində zorla qəbul etdirilən danışıqlara girməyəcək”.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp İranın ona döyüş əməliyyatlarının dayandırılması ilə bağlı yeni təklif göndərdiyini, bu təklifin əvvəlkilərdən “xeyli yaxşı” olduğunu bildirmişdi. Tramp Tehranın münaqişənin həlli üçün çox şey təklif etdiyini etiraf etsə də, “bunun kifayət etmədiyini” deyib. Qeyd edək ki, ABŞ-ın İrana qarşı sanksiyaları və dəniz blokadası Teharanın nüvə proqramı və regional siyasəti ilə bağlı gərginliyin davam etdiyi bir vaxtda davam edir. Pezeşkianın bu sözləri Teharanın danışıqlar üçün qırmızı xətlərini nümayiş etdirir.
Poliqon.info