AZ

İran Silahlı Qüvvələri ABŞ-yə Hörmüz boğazı ilə bağlı xəbərdar edib

Bakı. Trend:

İran Silahlı Qüvvələrinin hərbi əməliyyatlar aparan bölməsi olanMərkəzi Qərargahı (“Xatəm əl-Ənbiya” - hava hücumundan müdafiəqüvvələrinin qərargahı) ABŞ-yə Hörmüz boğazındakı dəniz blokadasıilə bağlı sərt xəbərdarlıqlar edib.

Trend-inməlumatına görə, bu barədə İran dövlət televiziyası məlumatyayıb.

Mərkəzi Qərargahın məlumatında deyilir: “Əgər təcavüzkar Amerikaordusu bölgədə mühasirəni və piratçılığı davam etdirərsə, onlargüclü İran Silahlı Qüvvələrinin cavab zərbələri iləqarşılaşacaqlarına əmin olmalıdırlar. İran Silahlı Qüvvələriölkənin suverenliyini və ərazi bütövlüyünü təmin etmək üçün əvvəlkidövrlərə nisbətən daha güclü və daha hazırlıqlıdır”.

Seçilən
27
az.trend.az

1Mənbələr