AZ

Aralıq dənizində 4,9 bal gücündə zəlzələ baş verib

Bakı, 26 aprel, AZƏRTAC

Aralıq dənizində yerli vaxtla saat 22:49-da 4,9 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin veb-saytında yer alıb.

Zəlzələnin Muğlanın Datça rayonundan 267 kilometr aralıda, 8.58 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.

Seçilən
95
2
azertag.az

4Mənbələr