Qəbələ, 25 aprel, AZƏRTAC
Bundan sonrakı oyunlar finala bərabər olacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze Premyer Liqanın 29-cu turunda evdə "Araz-Naxçıvan"la" 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
O, son nöqtəni qoymaqda çətinlik yaşadıqlarını bildirib: "Birinci hissə gərgin keçdi, əlimizə düşən fürsətləri qolla tamamlaya bilmədik. Amma mübarizə davam edir".
Müxbir - Cavid Əliyev