AZ

"Barselona" "Xetafe"ni səfərdə məğlub etdi - VİDEO

İspaniya La Liqasının 32-ci turunda "Barselona" səfərdə "Xetafe" üzərində 2:0 hesablı qələbə qazanıb.

"Cebheinfo.az" xəbər verir ki, qarşılaşma Xetafedə yerləşən "Koliseum" stadionunda keçirilib.

Hesabı 45-ci dəqiqədə Fermin Lopes açıb. 74-cü dəqiqədə isə Markus Reşford fərqi artıraraq yekun nəticəni müəyyənləşdirib.

"Barselona" 85 xalla turnir cədvəlinin lideridir. "Xetafe" isə 44 xalla 6-cı pillədə qərarlaşıb.

Növbəti turda "Barselona" "Osasuna", "Xetafe" isə "Rayo Valyekano" ilə qarşılaşacaq.

"Cebheinfo.az"

Seçilən
51
4
cebheinfo.az

4Mənbələr