AZ

10 min sakinin istifadə etdiyi yol çökür - VİDEO

Ağsu-Bico-Çöl Göylər avtomobil yolunun 7, 8 və 14-cü kilometrliklərində asfalt örtüyünün dağılması hərəkətin təşkilində ciddi çətinliklər yaradır.

"Unikal" xəbər verir ki, 10-dan çox kəndin 10 minə yaxın sakininin istifadə etdiyi bu yol Şamaxı və Ağsu rayonlarını bir-biri ilə birləşdirən əsas alternativ yollardan biri hesab olunur. Vətəndaşlar mövcud problemlə bağlı narazılıqlarını Baku TV ilə bölüşüblər.

"Hər gün bu yoldan istifadə edirik, əziyyət çəkirik. Həm vaxtımız gedir, həm də avtomobillərimiz sıradan çıxır. Ehtiyat hissələri hazırda maşının özündən bahadır, təmir xərclərini çatdırmaq olmur. İstər təcili yardımın gəlişində, istərsə də ümumi nəqliyyatın hərəkətində böyük maneələr var. Yolda dəfələrlə qəzalar baş verib", - onlardan biri söyləyib.

Məsələ ilə bağlı Ağsu rayonu "16 №-li Yol İstismarı" MMC-dən bildirilib ki, sözügedən yolun layihə sənədləri artıq hazırdır. Sənədlər təsdiq olunduğu təqdirdə yolda əsaslı yenidənqurma və bərpa işləri həyata keçiriləcək.

Seçilən
3
3
unikal.az

10Mənbələr