AZ

Somali sahilləri yaxınlığında neft tankeri qaçırılıb

Qahirə, 25 aprel, AZƏRTAC

Somali sahilləri yaxınlığında neft tankeri qaçırılıb.

AZƏRTAC “əş-Şarq əl-Avsət” qəzetinə istinadla xəbər verir ki, bunu Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) bildirib.

Qeyd olunub ki, gəmi aprelin 21-də Somalinin şərqində, Mareeyo bölgəsindən təxminən 90 kilometr şimal-şərqdə quldurlar tərəfindən ələ keçirilərək Somalinin ərazi sularına aparılıb.

Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Seçilən
59
7
azertag.az

9Mənbələr