Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.
Vaşinqton, 25 aprel, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp iranlılarla görüşmək üçün Pakistanın İslamabad şəhərinə gedən nümayəndələrin səfərini ləğv etdiyini təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, bu barədə Donald Tramp “Truth” sosial mediasında yazıb. O bildirib ki, səyahətə çox vaxt və iş sərf olunur.
“Bundan əlavə, onların rəhbərliyi daxilində böyük daxili çəkişmələr və qarışıqlıq var. Onlar da daxil olmaqla, heç kim kimin məsul olduğu bilmir. Həmçinin bütün kartlar bizdədir, onların isə heç nəyi yoxdur. Danışmaq istəsələr, sadəcə zəng etməlidirlər”, - deyə Tramp əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.