AZ

Livana hücumlarda ölənlərin SAYI - Bu vaxta qədər...

Livanda “Hizbullah” və İsrail arasında müharibə başlayandan bəri ölənlərin sayı 2496 nəfərə çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.

Yaralananların sayının isə 7725 nəfər olduğu bildirilib.

Qeyd edək ki,” Hizbullah” və İsrail arasında hərbi qarşıdurmalar martın 2-də başlayıb.

Bir müddət sonra atəşkəs elan olunmasına və sonradan atəşkəsin uzadılmasına baxmayaraq münaqişə davam edir.

Bizim.Media

Seçilən
56
1
bizim.media

2Mənbələr