Bakı. Trend:
Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəmizə işgüzar səfəriçərçivəsində Azərbaycan dövləti tərəfindən İrpen şəhərinə humanitaryardım olaraq 5 elektrik avtobusu hədiyyə olunub.
Trend xəbər verirki, Ukrayna tərəfi bu addımı ölkələrimiz arasında dostluq vəhəmrəyliyin təcəssümü kimi qiymətləndirib.