Axtarışda olan 153 nəfər saxlanıldı
Polis əməkdaşlarının aprelin 24-də keçirdikləri əməliyyat tədbirləri ilə axtarışda olduğuna görə ümumilikdə 153, o cümlədən borclu şəxs qismində axtarışda olan 112 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, dələduzluğa görə axtarışda olan 18 nəfər saxlanılaraq istintaqa təhvil verilib.