AZ

Netanyahu Vaşinqtona getməyə hazırlaşır

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-ə səfər etməyə hazırlaşır.

Redaktor.az xəbər verir ki, bu barədə "i24NEWS" məlumat yayıb.

Bildirilir ki, Netanyahu Vaşinqtonda Livan prezidenti Cozep Aoun ilə mümkün görüşdə iştirak edə bilər.

Məlumata görə, görüşün mayın 11-i həftəsinə planlaşdırıldığı qeyd olunur.

Lakin səfərin baş tutması regiondakı təhlükəsizlik vəziyyətindən asılı olacaq. Əgər vəziyyət gərgin olaraq qalarsa, İsrail baş nazirinin ölkəni tərk etməsi mümkün olmayacaq.

Seçilən
20
1
redaktor.az

2Mənbələr