AZ

Zümürxan gölü zibilliyə çevrildi

Bərdədə Zümürxan gölü zibilliyə çevrilib.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Bərdə rayonunun Zümürxan kəndində yerləşən və vaxtilə kənd sakinlərinin ən çox üz tutduğu məkanlardan biri olan göl bu gün acınacaqlı vəziyyətə düşüb.

Təbiətin bəxş etdiyi bu gözəl su hövzəsi hazırda məişət tullantıları, çirkab suları ilə çirkləndirilir.

Xatırladaq ki, təsərrüfat sahələrinin suvarılması məqsədilə yaradılan Zümürxan su anbarı 45 hektar ərazini əhatə edir. Su ehtiyatı əsasən yeraltı qaynamalar, yağış və sel suları hesabına toplanır. Ümumi tutumu 1 milyon 600 min kubmetr olan anbar vasitəsilə ətraf yaşayış məntəqələrində min hektara yaxın torpaq sahəsinin suvarılması mümkündür.

Kənd sakinlərinin sözlərinə görə, bir zamanlar gölün ətrafı təkcə Zümürxan kəndinin deyil, rayon sakinlərinin və bölgəyə gələn qonaqların da istirahət üçün üz tutduğu məkan olub. Lakin illər keçdikcə gölə münasibət dəyişib və ərazi tədricən zibilliyə çevrilib. Hazırda gölün ətrafında müxtəlif məişət tullantılarına, plastik qablara və digər əşyalara rast gəlinir.

Seçilən
48
1
publika.az

2Mənbələr