AZ

Azərbaycanın enerji sektorundakı əsas hadisələrin həftəlik icmalı

Bakı. Trend:

TrendBeynəlxalq İnformasiya Agentliyi Azərbaycanın enerji sektorunda buhəftə baş vermiş əsas hadisələrin icmalını təqdim edir.

Neft sektoru

Bu həftə Azərbaycandan Ermənistana dizel yanacağının partiyasıgöndərilib. 16 vaqondan ibarət və 974 ton dizel yanacağı daşıyanyük qatarı “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəristansiyasından Böyük Kəsik stansiyası istiqamətinə yolasalınıb.

21 aprel tarixində SOCAR Aralıq dənizi şelfində seysmiktədqiqatlara başlayacağı tarixi açıqlayıb.

SOCAR, bp və “NewMed Energy” şirkətlərinin daxil olduğukonsorsiumun 2026-cı ilin sentyabr ayında İsrailin Aralıq dənizişelfində yerləşən 1-ci zonada 3D seysmik tədqiqatlara başlayacağıgözlənilir.

"SOCAR Petroleum" Xəzər dənizində “gəmidən gəmiyə” üsulu iləyanacaq təchizatı əməliyyatlarına start verildiyini elan edib.Bildirilib ki, bu addım şirkətin inkişafında yeni mərhələ olmaqlayanaşı, Azərbaycanın dəniz logistikasında və yanacaq təchizatısahəsində mövqeyini daha da gücləndirir. “Gəmidən gəmiyə”(ship-to-ship) üsulu ilə həyata keçirilən ilk bunkerləmə əməliyyatıbeynəlxalq standartlara uyğun olaraq uğurla reallaşdırılıb.

23 aprel tarixində Bakıda II Xəzər və Mərkəzi Asiyaregionlarında neft ticarəti və logistika üzrə forum işə başlayıb.Forumun gündəliyi nəqliyyat və infrastruktur, maliyyə aspektləri vəsövdələşmələr, eləcə də dəyişən qlobal mühit şəraitində ticarətstrategiyaları daxil olmaqla əsas istiqamətləri əhatə edib.

Forum regional neft ticarəti və logistika sahəsində peşəkardialoqun inkişafına, təcrübə mübadiləsinə və işgüzar təmaslarınqurulmasına yönəlib.

Bu həftə "Azeri Light CIF", "Urals", "Dated Brent" və "AzeriLight FOB Ceyhan" markalı neftin orta qiymətləri azalıb.

Azərbaycanda “Azəri-Çıraq-Günəşli” yatağından hasil edilən"Azeri Light CIF" markalı neftin orta qiyməti ötən həftə iləmüqayisədə 3,39 ABŞ dolları və ya 2,9 faiz azalaraq 112,1 ABŞdolları təşkil edib.

Məlumata əsasən, həftə ərzində bu markalı xam neftin maksimalqiyməti bir barel üçün 113,97 ABŞ dolları, minimal qiyməti isə110,51 ABŞ dolları olub.

Türkiyənin Ceyhan limanında FOB şərtləri ilə "Azeri Light"markalı neftin orta qiyməti bir barel üçün 109,01 ABŞ dollarıtəşkil edib ki, bu da ötən həftənin göstəricisindən 2,42 ABŞdolları və ya 2,2 faiz aşağıdır. Həftə ərzində ən yüksək qiymət110,78 ABŞ dolları, ən aşağı qiymət isə 107,39 ABŞ dollarıolub.

"Urals" markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə0,19 ABŞ dolları və ya 0,2 faiz azalaraq bir barel üçün 84,50 ABŞdollarına düşüb. Həftə ərzində maksimal qiymət 87,81 ABŞ dolları,minimal qiymət isə 79,73 ABŞ dolları təşkil edib.

"Dated Brent" markalı neftin orta qiyməti 109,69 ABŞ dollarıolub ki, bu da ötən həftə ilə müqayisədə 8,22 ABŞ dolları və ya 7faiz aşağıdır. Həftə ərzində bir barel üzrə ən yüksək qiymət 112,31ABŞ dolları, minimal qiymət isə 105,96 ABŞ dolları olub.

Qaz sektoru

Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, “DərinsuluGünəşli" platformasının istismara verildiyi dövrdən bu günədək 91,5milyon ton neft və 19,6 milyard kubmetr qaz hasil olunub.

Bundan əlavə, bu həftə Serbiyanın Mədən sənayesi və energetikanaziri Dubravka Djedoviç Handanoviç bildirib ki, SerbiyaAzərbaycanla illik 0,9 milyard kubmetrə qədər qazın çevik tədarüküimkanını müzakirə edir və 2030-cu ildə Niş şəhərində qaz elektrikstansiyasının tikintisi başa çatdıqdan sonra bu həcmin illik 1,4milyard kubmetrə qədər artırılması perspektivi mövcuddur.

Yaşıl iqtisadiyyat

20 aprel tarixində Azərbaycanın Energetika Nazirliyi ölkədəelektrik enerjisinin gündəlik istehsalında bərpa olunan enerjimənbələrinin payını açıqlayıb. Belə ki, bu göstərici 34,1 faizəçatıb.

Şəfəq (Cəbrayıl) günəş layihəsinin investorları olan bp, "SOCARGreen", Azərbaycan Biznesinin İnkişafı Fondu və MVM bildiriblər ki,Cəbrayıl rayonunda yerləşən layihə sahəsində günəş panellərininquraşdırılmasına başlamaqla layihə növbəti mərhələyə keçir. İlkgünəş panelinin bu ayın əvvəlində quraşdırılması ilə layihə üzrətikinti işləri plana uyğun irəliləməkdə davam edir.

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üçün maliyyəməsələləri üzrə vitse-prezidenti Nadir İmanov bildirib ki, bulayihənin həyata keçirilməsində mühüm mərhələdir. Onun sözlərinəgörə, tərəfdaşlarla birlikdə əsas diqqət layihənin təhlükəsiz vəsəmərəli şəkildə həyata keçirilməsinə yönəldilməklə tikinti işləriəminliklə irəli aparılır. İmanov bu mühüm layihənin bərpa olunanelektrik enerjisinin istehsalı sahəsini və şirkətin regiondakılayihələrinin karbonsuzlaşdırılmasını dəstəkləməklə Azərbaycanınenerji keçidi səylərinə töhfə verəcəyinə inandığını bildirib.

Məqalədə:
Seçilən
52
az.trend.az

1Mənbələr