AZ

"Çox kökəlmişəm, utanıram" - Mətanət Əsədova

"Çox kökəlmişəm, həddindən artıq. Utanıram... Duzlu, şirniyyat, çörək, çox yemək yemirəm".

Bu sözləri müğənni Mətanət Əsədova sosial şəbəkədə canlı yayımda deyib.

Sənətçi çox artıq çəki aldığını bildirib:

"Çəkimi deməyə utanıram. 62 kiloqram idim, 60-a düşmüşdüm. İndi 10 kiloqram çəki almışam. Bu yaxınlarda çox pis xəstələndim, iynələr vurdurdum və məni şişirtdi. Arıqlamaq lazımdır. Bir-iki şey deyiblər, onu yeyəcəyəm. Nə vaxt deyirəm ki, arıqlayacağam, həmin an soyuqlayıram, nə günə qalıram. Bir də son vaxtlar məni əsəbiləşdirən yoxdur, ona görə kökəlirəm".  (Axşam.az)

Seçilən
2
4
musavat.com

6Mənbələr