AZ

İstanbul təmsilçisi Roma ilə anlaşdı MƏBLƏĞ

Fanat saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Roma"nın hücumçusu Eldor Şomurodov "Başakşehir"in tamhüquqlu oyunçusu olub. 

Fanat.Az xəbər verir ki, bu barədə məlumatı tanınmış insayder Nikolo Skira yayıb.

Mənbənin məlumatına görə, Türkiyə klubunun rəhbərliyi Özbəkistan millisinin 30 yaşlı forvardını "canavarlar"dan almaq seçimindən istifadə etmək qərarına gəlib.

Oyunçunun yeni müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub. Transfer haqqı isə 2,8 milyon avro olacaq. Həmçinin oyunçunun gələcək satışından 10 faizini "Vulverhempton" alacaq.

Şomurodov bu mövsüm 40 oyunda iştirak edib, 18 qol vurub və 5 məhsuldar ötürmə edib.

"Başakşəhər" 30 turdan sonra 48 xal toplayıb və hazırda Türkiyə Super Liqasında beşinci yerdədir.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
1
fanat.az

2Mənbələr