AZ

Xankəndidə 3 marşrut xətti istifadəyə verildi (FOTO)

Bakı.Trend:

Xankəndi şəhərində müasir nəqliyyat infrastrukturunun qurulmasıistiqamətində həyata keçirilən tədbirlər çərçivəsində şəhərdaxiliavtobus marşrutları fəaliyyətə başlayıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikintivə İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumatagörə, yeni ictimai nəqliyyat şəbəkəsi şəhərin bütün əsas küçə vəistiqamətlərini, Kərkicahan qəsəbəsini əhatə edir.

Şəhər sakinləri artıq yeni marşrutların üstünlüklərindənfaydalanaraq, gündəlik hərəkətlərini daha rahat və təhlükəsizşəkildə həyata keçirirlər. Sakinlər bildirirlər ki, avtobuslarınmüntəzəm hərəkəti, dayanacaqların əlçatanlığı və xidmət keyfiyyətionların gündəlik həyatını xeyli asanlaşdırıb. Xankəndililər yeninəqliyyat sistemini müasir, rahat və etibarlı kimiqiymətləndirirlər.Şəhərin ictimai nəqliyyat şəbəkəsi üzrəhazırlanmış plan əsasında 3 marşrut xətti istifadəyə verilib. Beləki, 1 nömrəli marşrut “Qarabağ Universitetinin Klinikası – XankəndiTikiş Fabriki”, 2 nömrəli marşrut “Kərkicahan qəsəbəsi – Dəmiryolvə Avtovağzal kompleksi”, 3 nömrəli marşrut isə “QarabağUniversitetinin Klinikası – 1-ci dairə” istiqamətində fəaliyyətgöstərir.

Marşrut xətləri üzrə ümumilikdə 62 dayanacaq məntəqəsi müəyyənedilib və müvafiq nişanlarla təchiz olunub. Sərnişindaşıma isə“BakuBus” MMC-yə məxsus ekoloji təmiz elektrik avtobuslarıvasitəsilə həyata keçirilir. İlkin mərhələdə 10 nəqliyyat vasitəsi14-15 dəqiqəlik intervalla sərnişinlərə xidmətgöstərir.Avtobuslarda ödəniş nağdsız qaydada aparılır. Sərnişinlər“BakıKart”, QR-bilet və NFC texnologiyası vasitəsilə bank kartları,eləcə də “Google Pay” və “Apple Pay” kimi mobil ödənişsistemlərindən istifadə edə bilirlər.Qeyd edək ki, avtobuslarınhərəkətinə real vaxt rejimində nəzarət edilir. Layihə regiondamüasir və ekoloji təmiz nəqliyyat sisteminin formalaşdırılmasınaxidmət göstərir.

Xankəndidə
Xankəndidə
Xankəndidə
Xankəndidə
Xankəndidə
Məqalədə:
Seçilən
52
11
az.trend.az

10Mənbələr