AZ

Qalatasaray Fransa millisinin üzvünü heyətinə qatmaq istəyir

ain.az bildirir, Sportal.az portalına istinadən.

"Börnli"nin yarımmüdafiəçisi Lesli Uqoçukvu karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Qalatasaray" fransalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə insayder Ekrem Konur məlumat yayıb.

İstanbul nəhəngi Uqoçukvunu icarəyə götürmək istəyir. Klubu Premyer Liqanı tərk etdiyi üçün 22 yaşlı dayaq yarımmüdafiəçisinin "sarı-qırmızılar"a keçmək ehtimalı yüksək qiymətləndirilir.

Qeyd edək ki, "Börnli" Lesli Uqoçukvunu mövsümün əvvəlində "Çelsi"dən 28 milyon avroya transfer edib. Fransa U-21 millisinin üzvü Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 35 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
1
sportal.az

2Mənbələr