AZ

"Oğluma məcburən saxta toy etdirdim, pul yığdım..." - Samirə

Meyxanaçı Samirə Yusifqızı son açıqlamaları ilə ciddi rezonans doğurub.

Ölkə.az xəbər verir ki, sənətçi APA TV-nin efirində oğluna saxta toy etdiyini və bu yolla pul yığdığını etiraf edib.

Sənətçi açıqlamasında bildirib:

"Oğlum bir xanımla vətəndaş nikahında yaşayırdı. Bir gün qız dedi ki, mənə toy edin ki, atam görsün "Vağzalı" ilə gəlin paltarında evdən çıxıram, yoxsa özümə qəsd edəcəm. Mən də məcbur qalıb yalandan ona elçi getdim, guya xonçalar apardıq. Halbuki həmin xonçaların hamısını qız özü hazırlamışdı. Sonra şadlıq saraylarından biri ilə danışdım və zatən məqsədim pul yığmaq idi. Beləliklə, oğluma saxta toy etdik. Gəlin bir neçə gün evimdə qaldı, daha sonra isə sakitcə çıxıb getdi. Bundan sonra isə oğlum haqqında söz-söhbət yayıldı ki, guya evlənib boşanıb”.

Seçilən
21
11
olke.az

10Mənbələr