ain.az, Cebheinfo portalına istinadən məlumat verir.
“Belqrad Moskvaya qarşı heç vaxt sanksiya tətbiq etməyəcək”.
"Cebheinfo.az" xəbər verir ki, bunu Serbiya hökumətində beynəlxalq iqtisadi əməkdaşlığa məsul nazir Nenad Popoviç "Vesti"yə verdiyi müsahibədə belə deyib.
"Artıq dördüncü ildir ki, biz Avropada Rusiyaya sanksiya tətbiq etməyən yeganə ölkəyik. Təbii ki, buna görə gündəlik fəaliyyətimizin hər sahəsində daimi təzyiq altındayıq.
Lakin Prezident Aleksandr Vuçiç və Serbiya hökumətinin siyasəti ondan ibarətdir ki, biz qardaş ölkəmiz olan Rusiyaya heç vaxt sanksiya tətbiq etməyəcəyik. Bu, həm Belqradın, həm də Moskvanın maraqlarına uyğundur", – deyə o qeyd edib.
Popoviç həmçinin vurğulayıb ki, iki prezident arasındakı mövcud razılaşma sayəsində Serbiya Avropada ən aşağı qaz qiymətlərinə sahibdir:
“Lakin daha da önəmlisi, tədarükün etibarlılığıdır. Bu gün enerji bazarının böyük dəyişikliklərdən keçdiyi bir vaxtda, bu vəziyyət gələcəyə inam yaradır".
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.