AZ

ABŞ İranla danışıqlar aparmaq üçün İslamabada nümayəndə heyəti göndərir

Xalqcebhesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ağ Evdən verilən məlumata görə, ABŞ-ın xüsusi nümayəndəsi Stiven Uitkoff və Ağ Evin məsləhətçisi Cared Kuşner şənbə günü İranla danışıqlar aparmaq üçün İslamabada yola düşəcəklər.

Xalqcebhesi.az xəbər verir ki, bu addım Tehranın Tramp administrasiyası ilə təmas təşəbbüsü ilə çıxış etməsindən sonra atılıb.

Ağ Evin mətbuat katibi Kerolayn Livitt Newsmax telekanalının efirində bildirib ki, İran tərəfi üz-üzə görüş tələb edib:

"İranlılar şəxsən danışmaq istəyirlər", — deyə o qeyd edib.

Məryəm Quliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
78
icma.az

1Mənbələr