AZ

Jalə Əliyeva: “Məqsədim çempion olmaq idi” – ARENA.AZ

Qadın güləşi üzrə Avropa üçüncüsü olmuş Jalə Əliyeva (57 kq) Albaniyadakı qitə birinciliyi ilə bağlı təəssüratlarını bölüşüb.

Arena.az xəbər verir ki, o, Azərbaycan Güləş Federasiyasının rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Bu yarışa çox güclü hazırlaşmışdıq. Məqsədim çempion olmaq idi. Ötən il də yarimfinalda zədələndiyim üçün görüşü davam etdirə bilməmişdim. Bu dəfə çempion olmaq istəyirdim. Təəssüf ki, alınmadı. Müəyyən səhvlərə yol verdim. Bu səhvlərin üzərində çalışıb, əlimdən gələnin ən yaxşısını edəcəyəm”.

Xatırladaq ki, Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında 57 kq çəki dərəcəsində mübarizə aparan Jalə Əliyeva almaniyalı Amori Andrixə və inlandiyalı Yenna Hemiaeyə “tuş”la qalib gələrək yarımfinala yüksəlib. Finalın bir addımlığında türkiyəli Elvira Kamaloğluna 2:6 hesabıyla məğlub olan Əliyeva bürünc medal uğrunda görüşdə belaruslu Arina Demçankayla üz-üzə gəlib. Rəqibinə “tuş”la qalib gələn həmyerlimiz fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Bu, Jalənin böyüklər arasında analoji yarışda üçüncü (1 gümüş, 2 bürünc) medalı olub.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
20
12
arena.az

10Mənbələr