AZ

Misli Premyer Liqasında 29-cu turun oyunlarına start verilir

Bakı. Trend:

Bu gün futbol üzrə Misli Premyer Liqasının 29-cu turuna startveriləcək.

Trend xəbər verir ki, turunilk oyun günündə iki qarşılaşma baş tutacaq.

İlk matçda “İmişli” doğma meydanda “Sumqayıt”ı qəbul edəcək.Quba Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək görüş saat16:00-da başlayacaq. 28 turdan sonra “İmişli” 29 xalla doqquzuncu,“Sumqayıt” isə 35 xalla yeddinci pillədə qərarlaşıb.

Günün ikinci oyununda isə Premyer Liqada yerini qorumağa çalışan“Qəbələ” öz meydanında “Araz-Naxçıvan”la üz-üzə gələcək. Qəbələşəhər stadionunda təşkil olunacaq qarşılaşma saat 18:30-da startgötürəcək. Hazırda “Qəbələ” 19 xalla turnir cədvəlinin 11-cisırasında, “Araz-Naxçıvan” isə 39 xalla altıncı pillədə yeralır.

Xatırladaq ki, 29-cu turun oyunlarına aprelin 27-də yekunvurulacaq.

Seçilən
74
az.trend.az

1Mənbələr