Bakı. Trend:
Fransa Prezidenti Emmanuel Makron bildirib ki, dünya siyasətindəAvropaya qarşı mövqe sərgiləyən əsas liderlər sırasında RusiyaPrezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çinrəhbəri Si Cinpin yer alır.
Trend xəbər verir ki, o, bufikirləri Yunanıstana səfəri çərçivəsində “France 24” telekanalınaverdiyi müsahibə zamanı səsləndirib.
Makronun sözlərinə görə, adı çəkilən liderlər müxtəlifsəviyyələrdə Avropanın maraqlarına zidd addımlar atırlar və hazırkıgeosiyasi qarşıdurma kifayət qədər ciddi xarakter daşıyır.
Bununla yanaşı, Fransa prezidenti vurğulayıb ki, ABŞ hələ dəAvropa üçün müttəfiq olaraq qalır, lakin Vaşinqtonun mövqeyiəvvəlki dövrlərlə müqayisədə daha az sabit vəproqnozlaşdırılandır.