Bakı. Trend:
Çinli tədqiqatçılar “Çanye-5” kosmik aparatı vasitəsilə AydanYerə gətirilən torpaq nümunələrinin araşdırılması zamanı əvvəllərməlum olmayan iki yeni mineral aşkar ediblər.
Trend xəbər verir ki, bubarədə Çin Mərkəzi Televiziyası xəbər yayıb.
Məlumata əsasən, Çin Milli Kosmik İdarəsi tərəfindən müəyyənedilən bu təbii kimyəvi elementlərdən biri “maqneziumlu çanyeit”,digəri isə “seriumlu çanyeit” adlandırılıb.
Qeyd edək ki, “Çanye-5” missiyası 2020-ci il noyabrın 24-də Ayagöndərilmişdi. Kosmik aparat 23 günlük missiyadan sonra təxminəniki kiloqrama yaxın reqolit nümunəsi ilə Yerə qayıdıb. Alimlərin bunümunələr üzərində apardıqları geniş araşdırmalar nəticəsində əldəedilən mühüm məlumatların gələcəkdə Ayda elmi-tədqiqatstansiyasının yaradılması layihələrində istifadə olunacağıbildirilir.