AZ

90 cı illərin pop ulduzu indi dam ustası işləyir Fotolar

Qafqazinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

1990-cı illərin məşhur britaniyalı pop qruplarından “East 17”nin keçmiş üzvü Con Hendi tamamilə fərqli bir həyat seçərək, hazırda dam örtüyü ustası kimi çalışır.

“Qafqazinfo” xəbər verir ki, bir zamanlar böyük səhnələrdə minlərlə pərəstişkar qarşısında çıxış edən Hendi bu gün daha sadə və gündəlik fiziki əməyə əsaslanan həyat tərzi sürür.

O, sosial şəbəkələrdə işindən görüntülər paylaşır və keçmiş şöhrət dövrünü tez-tez nostalji və zarafatla xatırlayır.

55 yaşlı keçmiş musiqiçi Britaniya mətbuatına açıqlamasında hazırkı həyatını belə təsvir edib: “İnsanlar elə bilir hamımız milyonçuyuq. Amma mənim nə evim var, nə də bahalı maşınım. Sadəcə köhnəlmiş bir yük maşınım var”.

Hendi musiqi karyerasını geridə qoyduqdan sonra əvvəlki peşəsinə – dam örtüyü işinə qayıdaraq, ailəsini bu yolla dolandırdığını deyir. Onun sözlərinə görə, sabit və sadə həyat onun üçün daha önəmlidir.

Keçmiş pop ulduzu ailə həyatı ilə bağlı da danışaraq, həyat yoldaşı və iki övladı – bir oğul və bir qızı ilə birlikdə yaşadığını bildirib. O, ailəsi ilə sakit və normal həyat sürdüyünü, əsas prioritetinin isə onların rifahı olduğunu vurğulayıb.

Hendi şöhrət illərini keçici bir xəyal kimi dəyərləndirir, lakin bugünkü həyatından narazı olmadığını, öz zəhməti ilə qazandığı gündəlik həyatın ona daha çox məmnunluq verdiyini deyir.

Qeyd edək ki, “East 17” 1991-ci ildə yaranmış və 90-cı illərdə “Stay Another Day” kimi hitlərlə böyük populyarlıq qazanmışdı.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
68
qafqazinfo.az

1Mənbələr