AZ

Türkiyədə məktəblərdə baş verən cinayətlər fonunda Təhsil Nazirliyində kadr dəyişikliyi olub

Türkiyə milli təhsil nazirinin müavini Nazif Yılmaz vəzifəsindən azad edilib.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı qərar "Resmi Gazete"də yayımlanıb.

Prezidentin digər qərarı ilə Cihad Demirli N. Yılmazın yerinə təyinat alıb.

Sözügedən qərarın Türkiyənin Şanlıurfa və Kahramanmaraş vilayətlərində məktəblərə silahlı hücum təşkil olunması fonunda qəbul edilməsi diqqət çəkib.

Seçilən
111
far.az

1Mənbələr