AZ

Ermənilər Türkiyə və Azərbaycan bayraqlarına od vurub, özlərini yandırdılar: Noldu, Paşinyan... VİDEO

Ermənilərin hər il aprelin 24-də qeyd etdikləri saxta soyqırım günü var. Bu ilin 24 aprelindəki “soyqırım günü” adı altında İrəvanda keçirilən yürüş zamanı Azərbaycan və Türkiyə bayraqları əvvəlcə yerlə sürünüb, daha sonra isə nümayişkaranə şəkildə yandırılıb. Bu, təkcə təxribat deyil – bu, açıq nifrətin, düşmənçiliyin və vandalizmin nümayişidir.

Saxta “soyqırım günü”ndə Azərbaycan və Türkiyə bayraqlarını yerlə sürümək, sonra isə onları nümayişkaranə şəkildə yandırmaq hər bir halda Ermənistan cəmiyyətinin içərisində gizlənmiş vəhşiliyi, anormallığı, türk nifrətini, ümumiyyətlə insanlığa qarşı nifrəti bir daha açıq şəkildə üzə çıxarır. Bu artıq gizli proses deyil – bu, kütlənin davranışında açıq şəkildə görünən bir həqiqətdir.

Görünən budur ki, erməni cəmiyyəti bu saxta “soyqırım” iddiası ətrafında formalaşdırılmış ideoloji mühitdə hələ də reallıqdan uzaq yaşayır. Bu yürüşə qatılanların timsalında aydın olur ki, nə 44 günlük müharibədə aldıqları ağır məğlubiyyətdən, nə də 2023-cü ilin antiterror əməliyyatından heç bir nəticə çıxarmayıblar. Əksinə, bu məğlubiyyətlər onların içində daha dərin bir psixoloji vəziyyət – məğlubiyyət sindromu yaradıb və bu sindrom aqressiyanı daha da kəskinləşdirib.

Bu aqressiya, bu nifrət, bu hikkə təsadüfi deyil. Bunun kökündə əsrlərlə formalaşdırılmış zəhərli ideoloji xətt dayanır. Xüsusilə erməni kilsəsinin uzun illər boyu yaydığı yalançı və təhrif olunmuş tarix anlayışı, anti-türk xətti bu gün də cəmiyyətin davranışına birbaşa təsir edir. Nəticədə isə cəmiyyət sağlam düşüncə ilə deyil, nifrət və uydurma ideologiyalarla idarə olunur. 

b1610e02-3ef9-4ef6-8efa-141b6634cb89.jpg

Daha təhlükəli məqam isə odur ki, bütün bu vandalizm Ermənistan polisinin nəzarəti altında baş verir.

Görüntülərdə açıq şəkildə görünür ki, yürüş boyunca bayraqlar yerlə sürünür, daha sonra yandırılır və buna heç bir müdaxilə edilmir. Bu isə artıq sadəcə küçə davranışı deyil – bu, dövlət məsuliyyətidir. Əgər polis buna müdaxilə etmirsə, deməli, Ermənistan hakimiyyəti bu vandalizmə ya göz yumur, ya da dolayı şəkildə buna şərait yaradır.

Ermənistanın baş naziri Nikol Paşinyan bu hadisəni pisləyən açıqlama versə də, bu onu məsuliyyətdən azad etmir. Çünki hadisə onun rəhbərlik etdiyi dövlətin paytaxtında, dövlətin polisinin nəzarəti altında baş verir. Ermənilər bu vandal hərəkətləri ilə Paşinyanın indiyə qədər nümayiş etdirdiyi konstruktivliyi sıfırladılar.

Bakıda və Türkiyədə bu vandalizm haqlı olaraq kəskin etirazla qarşılanır. Çünki burada söhbət təkcə siyasətdən getmir – burada söhbət milli ləyaqətdən, dövlət simvollarına hörmətdən gedir.

Bu hadisələrdən sonra “ermənilər dəyişib”, “onlar konstruktivləşib”, “sülh mümkündür”, “sərhədləri açmaq olar” deyənlər bir daha ciddi şəkildə düşünməlidir. Çünki reallıq tamam fərqlidir. Bu görüntülər açıq şəkildə göstərir ki, nifrət hələ də yaşayır və sistemli şəkildə davam edir.

Unutmaq olmaz: bayraq sadəcə bir parça deyil. Bayraq millətin şərəfidir, kimliyidir, tarixidir. O bayrağın üzərindəki ay-ulduz müqəddəs simvoldur. Ona qarşı bu cür davranış isə sadəcə emosional aksiya deyil – bu, dərin köklü və təhlükəli nifrətin açıq ifadəsidir.

Bu, bizim üçün də bir dərsdir. Bu nifrətin keçici olmadığını, əksinə, sistemli və davamlı olduğunu görmək və buna uyğun mövqe ortaya qoymaq zəruridir. Bu nifrətə göz yummaq olmaz.

 

Musavat.com

Seçilən
60
50
musavat.com

10Mənbələr