AZ

“Məqsədim qızıl medal qazanmaq idi” - Jalə Əliyeva

style='margin-bottom:10px;'>

“Bu yarışa çox güclü hazırlaşmışdıq. Məqsədim çempion olmaq idi”.

QOL.az xəbər verir ki, bu sözləri Azərbaycanın qadın güləşçisi Jalə Əliyevanın Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal qazanmasını şərh edərkən deyib. 

57 kq çəki dərəcəsində mübarizə aparan idmançı Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında növbəti yarışlara daha ciddi hazırlaşacağını vurğulayıb: “Ötən il də yarimfinalda zədələndiyim üçün görüşü davam etdirə bilməmişdim. Bu dəfə çempion olmaq istəyirdim. Təəssüf ki, alınmadı. Müəyyən səhvlərə yol verdim. Bu səhvlərin üzərində çalışıb əlimdən gələnin ən yaxşısını edəcəyəm".

Qeyd edək ki, Jalə Əliyeva üçüncü yer uğrunda qarşılaşmada Arina Demçankaya (UWW) qalib gəlib.

Seçilən
32
3
teleqraf.com

4Mənbələr