Rusiyanın Yekaterinburq şəhərində Ural Federal Universitetinin müəllimi Yuliya Volkovanın açıqlamaları qalmaqala səbəb olub.
Publika.az xəbər verir ki, maliyyə və kredit kafedrasının baş müəllimi sosial şəbəkədə tələbəsinin və onun övladının fotosunu paylaşaraq təhqiramiz şərhlər yazıb.
O, qızın xarici görünüşü ilə bağlı "bütün azərbaycanlı ailələr məni bağışlasın, amma belə gözəl insanlardan niyə belə çirkin uşaqlar doğulur" ifadəsini işlədib və uşağın artıq çəkisinin olduğunu bildirib.
Uşağın anası sosial şəbəkələrdə bildirib ki, məsələ ilə bağlı prokurorluğa müraciət edib. Onun sözlərinə görə, qızın səhhətində problemlər var və artıq çəki qəbul etməsi dərman qəbul etməsi ilə bağlıdır: