AZ

Sərxoş şəxs oğurladığı avtomobillə qəza törədib VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Sərxoş şəxs oğurladığı avtomobillə qəza törədib. Avtosfer.az xəbər verir ki, Rusiyanın Aşağı Novqorod vilayətində baş verən hadisə anı müşahidə kamerasına düşüb.

Məlumata görə, 35 yaşlı yerli sakin özgəsinə məxsus avtomobili qaçırıb və magistral yolda hərəkətdə olarkən sükan idarəetməsini itirərək yük maşınına çırpıb. Hadisə yerinə gələn Dövlət Yol Polisi əməkdaşları sürücünün sərxoş olduğunu və avtomobilin ona məxsus olmadığını müəyyən ediblər.

Araşdırma zamanı saxlanılan şəxsin daha əvvəl ağır cinayətlərə görə altı dəfə məhkumluq həyatı yaşadığı məlum olub.

O, avtoservis ərazisinə gizli daxil olub, qapıların kilidini sındıraraq avtomobili qaçırdığını etiraf edib.

Hazırda faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam edir.

Namiq Musayev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
85
avtosfer.az

1Mənbələr