AZ

“Real Sosyedad” 39 il sonra yenə “Atletiko”nu finalda məğlub etdi

ain.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

“Real Sosyedad” kubokun finalında “Atletiko”nu penalti seriyası hesabına məğlub etdi. 1986/87 mövsümündə San-Sebastyan klubu finalda “hindular”ı bu yolla sıradan çıxarmışdı. 39 il sonra tarix Sevilyada təkrarlandı."Football-plus.az" xəbər verir ki, basklar elə ilk hücumda favoriti məyus etdi. Barreneçea kubokun tarixinə finalda vurulan ən erkən qolun müəllifi kimi düşdü. Düzdü, Lukman tezliklə bu qolun əvəzini çıxdı. Ancaq komandalar fasiləyə yollanmağa çalışarkən “Real Sosyedad”ın xeyrinə penalti təyin olundu – Musso topa çıxarkən Q edeşə qarşı kobud oynadı. Oyarsabal belə gözəl şansı qaçırmadı.2-ci hissə Simeonenin komandasının ardı-arası kəsilməyən hücumları şəraitində keçdi. Nəhayət, 83-cü dəqiqədə Alvares Lyorente ilə Almadanın qurduğu hücumu qolla tamamldı. Madridlilər hissənin sonuna qədər 3-cü qolu da vura bilərdi. Ancaq Baena, Sörlot və Kardoso imkanı qaçırdı. Əlavə vaxtda Oskarsson baskları irəli çıxara bilərdi, Alvaresin zərbəsindən sonra isə top tiri titrətdi. Penalti seriyasının qəhrəmanı Marrero oldu. "Real Sosyedad"ın qapıçısı həm Sörlotun, həm də Alvaresin zərbəsini qaytardı. Bask təmsilçisi kuboku qazanmaqla növbəti mövsüm Avropa Liqasının əsas mərhələsində yerini təmin etdi.finalAtletiko – Real Sosyedad 2:2 (1:2, 1:0, 0:0), p. – 3:4Atletiko: Musso, Molina (Kardoso, 78), Pubil, Le Norman, Ruceri (Sörlot, 62), Simeone (Baena, 70), Lyorente (Lanqle, 99), Koke, Lukman (Qonsales, 62), Qrizmann (Almada, 70), Alvares.Real Sosyedad: Marrero, Aramburu (Elustondo, 113), Martin, Çaleta-Sar, Qomes (Kubo, 88), Turryentes (Qorroçateqi, 68), Soler, Barreneçea (Marin, 68), Suçiç, Qedeş (Munyos, 78), Oyarsabal (Oskarsson, 78).Qollar: Barreneçea, 1 (0:1). Lukman, 19 (1:1). Oyarsabal, 45+1-p. (1:2). Alvares, 83 (2:2).Penalti seriyası: Sörlot – 0:0 (qapıçı). Soler – 0:1. Alvares – 0:1 (qapıçı). Oskarsson – 0:1 (qapıçı). Qonsales – 1:1. Suçiç – 1:2. Almada – 2:2. Munyos – 2:3. Baena – 3:3. Marin – 3:4.Vərəqələr: Oyarsabal, 31. Le Norman, 33. Musso, 44. Qorroçateqi, 120. Elustondo, 120+1 – sarı.Hakim: Alberola Roxas (Kastiliya-La-Mança).18 aprel. Sevilya. “La-Kartuxa” stadionu. 70000 tamaşaçı.Faktlar* “Real Sosyedad”ın forvardı Barreneçea 14-cü saniyədə “Atletiko”nun qapısına yol tapmaqla ölkə kubokunun tarixinə ən erkən qolun müəllifi kimi düşdü. Əvvəlki rekord 1952-ci ildə (Manuel Badenes, 17-ci saniyə) qeydə alınmışdı.* “Atletiko” sonuncu titulu 2021-ci ildə qazanıb, çempion olub. Düzdü, madridlilərin bu mövsüm Çempionlar Liqasının qalibi olmaq şansı var. Onlar yarımfinalda “Arsenal”la qarşılaşacaq.* “Real Sosyedad” tarixində 4-cü dəfə ölkə kubokunu qazandı. San-Sebastyan klubu indiyə qədər bu mükafatı üç dəfə - 1909, 1987 və 2020-ci illərdə muzeyinə aparmışdı. “Real Sosyedad” həmçinin iki dəfə (1981, 1982) çempion olub, 1982-ci ildə İspaniya Superkubokunu da qazanıb.* Oyarsabal “Real Sosyedad”ın tarixinə ölkə kubokunun iki fərqli finalında bu komandanın heyətində fərqlənən ilk futbolçu kimi düşdü. 28 yaşlı ispaniyalı 2020-ci ildə “Atletik”i də məyus etmişdi. Maraqlıdı ki, həmin qolu da penaltidən vurmuşdu.* “Real Sosyedad” finalda penalti seriyasında iki dəfə qalib gələn ikinci komanda oldu (1987, 2026 – hər ikisində rəqib “Atletiko” olub). Əvvəllər belə nəticəyə yalnız “Betis” nail olub – 1977, 2022-ci illərdə.Oyundan sonraPelleqrino Mataratso, “Real Sosyedad”ın baş məşqçisi:

“Bu uğur ağır zəhmətin və fədakarlığın nəticəsidi. Qeyri-adi səyahət idi və hiss edirəm ki, bu hələ yalnız başlanğıcdı. Oyunun axarını nəzarətdə saxlamaq, risk etməmək, əks-hücumlar qurmaq vacib idi. Komandam xarakter göstərdi. La Liqada 5-ci yer uğrunda mübarizəni də davam etdiririk. Sona 7 tur qalıb, daha artığını istəyirik”.

Dieqo Simeone, “Atletiko”nun baş məşqçisi:

“İlk növbədə rəqibi təbrik edirəm. İlk qola yaxşı reaksiya versək də, sonra lazımi şəkildə davam etmədik. Fasilədə futbolçularla danışdım, tempi dəyişdik. Üçüncü qolu da vura bilərdik. Əlavə vaxtda hər komandanın bir imkanı oldu. Təəssüf ki, rəqib penalti seriyasına qalib gəldi. İndi hansısa mesajlar göndərmək çətindi, çünki azarkeşə mesajlar yox, qələbə lazımdı. Hər gün çalışmaqdan başqa yolumuz yoxdu. “Arsenal” barədə düşünmürəm. Bu məğlubiyyət mənə böyük ağrı verdi, qələbə qazanmalıydıq, ancaq bacarmadıq. Yalnız oyun üslubumuz mənə müəyyən rahatlıq bəxş edir”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
54
1
icma.az

2Mənbələr