AZ

"Hər iki ölkə müxtəlif sahələrdə əməkdaşlıq potensialına malikdir" - DEPUTAT

"Hər iki ölkə müxtəlif sahələrdə əməkdaşlıq potensialına malikdir" - DEPUTAT"Aprelin 22-də Azərbaycanda İlham Əliyev ilə Edqars Rinkeviçs arasında keçirilən görüş iki ölkə münasibətlərinin inkişafı baxımından diqqətçəkən hadisə kimi qiymətləndirilir. Görüş zamanı tərəflər siyasi əlaqələrin möhkəmləndirilməsi ilə yanaşı, iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını da müzakirə ediblər. Bu təmaslar Azərbaycan ilə Latviya arasında qarşılıqlı etimadın artmasına və dialoqun daha da fəallaşmasına şərait yaradır. Hər iki ölkə müxtəlif sahələrdə əməkdaşlıq potensialına malikdir və bu potensialın reallaşdırılması gələcəkdə konkret layihələrin həyata keçirilməsinə səbəb ola bilər. Xüsusilə nəqliyyat, logistika və enerji sahələrində əməkdaşlıq üçün əlverişli imkanlar mövcuddur".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Aydın Hüseynov danışıb.

O, açıqlamasında qeyd edib ki, görüşün digər əhəmiyyətli tərəfi Azərbaycanın Avropa ölkələri ilə münasibətlərinin inkişafına verdiyi töhfədir:

"Latviya ilə əlaqələrin güclənməsi Azərbaycanın Avropa məkanı ilə iqtisadi və siyasi əlaqələrinin genişlənməsinə əlavə imkanlar yaradır. Bu isə ölkənin xarici siyasətində balanslı və çoxşaxəli yanaşmanın davam etdirildiyini göstərir.

Eyni zamanda, bu cür görüşlər daha geniş regional əməkdaşlıq baxımından da müsbət əhəmiyyət daşıyır. Şərq və Qərb arasında iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı, ticarət dövriyyəsinin artırılması və enerji sahəsində əməkdaşlığın gücləndirilməsi kimi məsələlər bu dialoqun praktik nəticələri sırasında ola bilər.

Ümumilikdə, keçirilən görüş Azərbaycan-Latviya münasibətlərinin daha da inkişaf etdirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından müsbət addım kimi dəyərləndirilir. Bu cür təmasların davamlı xarakter alması gələcəkdə hər iki tərəf üçün faydalı nəticələr vəd edir".

Vüsalə İbrahimli

Seçilən
112
sonxeber.az

1Mənbələr