AZ

İsveçdə ali təhsilə rekord səviyyədə maraq qeydə alınıb

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Stokholm, 24 aprel, AZƏRTAC

Bu il İsveç universitetlərində rekord sayda abituriyent qeydə alınıb. Belə ki, 424 mindən çox şəxs payız semestri üçün müraciət edib.

AZƏRTAC xəbər verir ki, marağın artması həm demoqrafik amillərlə, həm də əmək bazarındakı qeyri-sabit vəziyyətlə izah olunur.

Əczaçılıq ixtisası üzrə müraciətlərin sayında ciddi artım müşahidə edilib. Bu göstərici ötən illə müqayisədə 94 faiz yüksəlib. Məşğulluq perspektivlərinin yüksək olaraq qaldığı optika və fizioterapiya ixtisaslarına da maraq artıb.

Az tanınan orta tibb personalı səviyyəsində farmasevt hazırlığı proqramı gözlənilmədən lider olub. Həmin proqrama maraq təxminən iki dəfə artıb. Uppsala Universitetində artım xüsusilə nəzərəçarpan olub və qəbul tələblərinin sadələşdirilməsi, eləcə də məlumatlandırma kampaniyaları sayəsində 600 faizə çatıb.

Gələcək əməkdaşlar üçün ödənişli təhsil tətbiq etmək planları fonunda polis təhsilinə maraq da artıb.

Nərgiz Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
1
azertag.az

2Mənbələr