AZ

İran danışıqları bərpa edir: Əraqçi İslamabada gedəcək

İranın xarici işlər naziri Abbas Əraqçi Pakistanın vasitəçiliyi ilə ABŞ-la danışıqlar aparmaq üçün bu gün İslamabada gedəcək.

Publika.az xəbər verir ki, bu barədə Pakistandakı mənbələr məlumat verib.

ƏraqçiPakistanın Ordu Qərargah rəisi Asim Munir və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə telefon danışığı aparıb. Müzakirələr regional vəziyyət və İran-ABŞ arasında atəşkəs prosesi ətrafında olub.

Mənbələrin məlumatına görə, Əraqçinin bu gün Pakistan nümayəndə heyəti ilə görüşmək üçün İslamabada səfər edəcəyi bildirilir.

Seçilən
30
1
publika.az

2Mənbələr