ABŞ İrana qarşı dəniz blokadası tətbiq etdiyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələri Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn Pentaqonda keçirilən brifinqdə bildirib.
Bildirilib ki, Keyn ABŞ qüvvələrinin İrana qarşı qlobal dəniz blokadası həyata keçirdiyini və artıq onlarla gəminin geri qayıtdığını deyib.
Qeyd olunub ki, onun sözlərinə görə, “bu səhər etibarilə 34 gəmi blokadaya məruz qalıb və geri dönməyi seçib”.
Məlumata görə, general ABŞ Mərkəzi Komandanlığının sanksiya tətbiq edilən və “qaranlıq donanma” kimi xarakterizə olunan gəmilərə qarşı genişmiqyaslı əməliyyatlar apardığını bildirib.
Açıqlamada qeyd olunub ki, İran limanlarına gedən və ya oradan çıxan, mənşəyindən asılı olmayaraq bütün gəmilər nəzarətə götürülür.
Keyn bildirib ki, MV Touska adlı konteyner gəmisi xəbərdarlıqlara baxmayaraq blokadaya tabe olmayıb və nəticədə saxlanılıb.
O əlavə edib ki, gəminin heyəti əvvəlcə blokadanı yarmağa cəhd etsə də, ABŞ qüvvələri tərəfindən dayandırılıb.
Aminə ŞAHSUVARQIZI