AZ

Tələbələr sağlam qidalanma ilə bağlı maarifləndirilib

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 24 aprel, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektorunun təşkilatçılığı ilə tələbələr üçün “Qida pozuntuları” mövzusunda maarifləndirici təlim keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Sektorun psixoloqu Natəvan Həsənzadə təlimin əsas məqsədinin tələbələrdə sağlam qidalanma davranışlarının formalaşdırılması və qida ilə bağlı psixoloji problemlər barədə məlumatlılığın artırılması olduğunu deyib.

Təlim zamanı anoreksiya, bulimiya və kompulsiv yemə kimi qida pozuntularının yaranma səbəbləri, əsas əlamətləri və onların qarşısının alınması yolları ətraflı şəkildə izah edilib. İştirakçılara sağlam qidalanma, emosional aclığın idarə olunması və bədən görünüşü ilə bağlı daha müsbət düşüncə tərzinin formalaşdırılması istiqamətində praktiki tövsiyələr verilib.

Təlimdə düzgün və balanslı qidalanma rasionunun qurulması ilə bağlı faydalı məsləhətlər təqdim olunub, iştah ilə real aclıq hissi arasındakı fərqlər iştirakçıların diqqətinə çatdırılıb.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
97
azertag.az

1Mənbələr