AZ

Hizbullah döyüşçüləri Livanın cənubunda İsrailə məxsus pilotsuz uçuş aparatını vurublar

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) ölkənin hava məkanını pozduqdan sonra Livanın cənubunda vurulub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı məlumat yayıb.

Məlumata görə, ehtimal ki, Hermes 450 modelli İsrail PUA-sı "Hizbullah" şiə milislərinin döyüşçüləri tərəfindən buraxılan "yer-hava" tipli raketlə vurulub. PUA alovlanaraq Sur şəhəri yaxınlığındakı Burc-eş-Şimali bölgəsində yerə düşüb.

Məryəm Quliyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
6
icma.az

8Mənbələr