AZ

ABŞ Putini “G20” zirvəsinə dəvət edə bilər

ain.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ administrasiyası Rusiya prezidenti Vladimir Putini dekabrda Miami şəhərində keçiriləcək “G20” Liderlər Zirvəsinə dəvət etməyi nəzərdən keçirir.

Bakupost.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.

Məlumata görə, hələ rəsmi dəvətlər göndərilməsə də, Rusiyanın “G20” üzvü olması səbəbilə həm nazirlər, həm də liderlər səviyyəsində zirvəsində iştirak etmək ehtimalı var.

ABŞ prezidenti Donald Tramp məsələ ilə bağlı ona məlumat verilmədiyini desə də, Putinin iştirakına qarşı olmadığını bildirib. O, Rusiya prezidentinin zirvədə iştirakının faydalı ola biləcəyini deyib.

Röya Rizvanzadə,BakuPost

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
57
www.bakupost.az

1Mənbələr