Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.
Paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsində kobud qayda pozan avtobus sürücüsü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 22-də səhər saatlarında qeydə alınıb. Belə ki, 140 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən, 90-JQ-147 dövlət qeydiyyat nişanlı “BYD” markalı avtobusun sürücüsü qarşısındakı nəqliyyat vasitəsini ötmək istəyərkən bütöv xəttin tələbini pozaraq əks istiqamətli yola çıxıb.
Görüntülərdən aydın olur ki, sürücü qarşıdan digər avtobusun yaxınlaşdığını gördükdən sonra manevrini yarımçıq saxlayaraq yenidən öz hərəkət zolağına qayıdır.
Qeyd edək ki, bu cür hərəkətlər yolun nişanlanma xətlərinin tələblərinin pozulması ilə yanaşı, qarşılıqlı hərəkət iştirakçıları üçün real təhlükə yaradır.
Nərmin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.