AZ

Dövlət satınalmalarında ciddi pozuntular: 32 auditdə qanun tələbləri pozulub

Gununsesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

2025-ci ilin İş Planına uyğun olaraq keçirilən KDMN tədbirləri çərçivəsində dövlət satınalmaları sahəsində aparılan auditlər ciddi nöqsanları üzə çıxarıb. Ümumilikdə 32 audit zamanı bu sahəni tənzimləyən hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

Gununsesi.info-nun xəbərinə görə, 2024-cü il yanvarın 1-dən “Dövlət satınalmaları haqqında” yeni qanun qüvvəyə minib.

Auditlər zamanı həm əvvəlki dövrün, həm də yeni qanunvericiliyin müddəaları əsas götürülüb.

Araşdırmalar göstərir ki, ehtimal olunan qiymətin müəyyənləşdirilməsi prosesində formal yanaşmalara yol verilib. Belə ki, qeyri-ixtisaslı şəxslərdən alınan qiymət təklifləri real bazar vəziyyətini əks etdirməyib, bəzi hallarda isə bir mənbədən satınalma zamanı ümumiyyətlə qiymət hesablanmayıb. Bu isə dövlət vəsaitinə qənaət imkanlarını məhdudlaşdırıb.

Bundan əlavə, şərtlər toplusunda tələblərin süni şəkildə ağırlaşdırılması digər təchizatçıların müsabiqədə iştirakını çətinləşdirib. Nəticədə satınalmaların əsas prinsipləri – şəffaflıq, rəqabətlilik, ədalətlilik və vəsaitdən səmərəli istifadə – pozulub.

Auditlər zamanı ən çox rast gəlinən pozuntular arasında müqavilə şərtlərinin qanunsuz dəyişdirilməsi, satınalma proseduru keçirilmədən vəsait xərclənməsi, bir mənbədən satınalma ilə bağlı limitlərin aşılması və razılıq tarixindən əvvəl müqavilələrin bağlanması yer alıb.

Həmçinin açıq və ya ikimərhələli tenderdən yayınmaq məqsədilə eyni tipli satınalmaların hissələrə bölünməsi, subpodratçıların cəlbi ilə bağlı qaydaların pozulması və bir mənbə metodunda şərtlər toplusunun təsdiqlənməməsi kimi hallar da qeydə alınıb.

Maqsud

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
109
icma.az

1Mənbələr