AZ

Britaniya Fransaya 1 milyard dollara yaxın pul ödəyəcək

Böyük Britaniya La-Manş boğazından qanunsuz miqrantların keçidinə nəzarəti gücləndirmək üçün Fransaya 660 milyon funt sterlinq (təxminən 890 milyon dollar) ödəyəcək.

Musavat.com xəbər verir ki, müvafiq müqavilə Böyük Britaniyanın Daxili işlər naziri Şabana Mahmud və onun fransalı həmkarı Loran Nunez tərəfindən imzalanıb.

Yayılan açıqlamaya görə, yeni tərəfdaşlıq çərçivəsində Fransanın şimalında nəzarətin gücləndirilməsinə 500 milyon funt sterlinq, sərhəd keçidlərinin qarşısının alınmasındakı effektivliyinə əsaslanan yeni tədbirlərin maliyyələşdirilməsinə isə əlavə 161 milyon funt sterlinq xərclənəcək.

Vəsait əsasən Fransanın şimal sahillərində patrul xidməti göstərən polis məmurlarının sayını artırmaq üçün istifadə olunacaq. Buradan miqrantlar şişmə qayıqlarda Britaniya sahillərinə çatmağa çalışırlar. Elan edilmiş planlara görə, polislərin sayı təxminən 53 faiz artacaq - 2023-2026-cı illərdəki 907 nəfərdən 2026-2029-cu illərdə 1400 nəfərə qədər.

Saziş üç il davam etməsi nəzərdə tutulan və 31 martda müddəti bitən əvvəlki 478 milyon funt sterlinq dəyərində müqaviləni əvəz edir. Lakin 3 illik müqavilə də miqrant axınını dayandırmayıb - keçən il onların sayı əvvəlki iki illə müqayisədə artıb. Ümumilikdə, 2025-ci ildə Böyük Britaniyaya qanunsuz olaraq təxminən 41.500 nəfər gəlib ki, bunların da ən çoxu Eritreya, Əfqanıstan, İran, Sudan və Somali vətəndaşlarıdır. Bu, 2022-ci ildəki pik həddən (46.000) aşağıdır, lakin 2024-cü ildəki (36.800) və 2023-cü ildəki (29.400) göstəricilərdən daha yüksəkdir. Bu ilin əvvəlindən bəri İngiltərəyə İngilis Kanalı vasitəsilə altı min qanunsuz miqrant gəlib və bəzi günlərdə bu rəqəm 600-dən çox olub.

Leyborist hökumətinin məlumatına görə, Fransa ilə əməkdaşlıq 2024-cü ilin iyul ayında hakimiyyətə gələndən bəri 42.000 qanunsuz keçidin qarşısını alıb. "Amma biz daha da irəli getməliyik. Bu tarixi razılaşma qanunsuz miqrantların təhlükəli keçidlərinin qarşısını alacaq və qaçaqmalçıları məsuliyyətə cəlb edəcək və onları dəmir barmaqlıqlar arxasına atacaq", - deyə Mahmud bildirib.

Musavat.com

Seçilən
0
1
musavat.com

2Mənbələr