AZ

Qaradağda torpaq altından çıxarılan şəxsin durumu ağırdır

23.04.2026-cı il tarixində saat 18:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində torpaq uçqunu barədə çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. 

Təcili tibbi yardım briqadası tərəfindən 1976-cı il təvəllüdlü şəxs (kişi) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Yaralıya müştərək travma diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.

Müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilən pasiyentin vəziyyəti orta ağır qiymətləndirilir.

Qeyd edək ki, hadisə nəticəsində 1971-ci il təvəllüdlü şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.


Telegram kanalımız
Seçilən
29
yenisabah.az

1Mənbələr