AZ

Qlobal bazarlarda gərginlik ARTIR

Qlobal bazarlarda ABŞ ilə İran arasında atəşkəs danışıqlarında irəliləyişin olmaması və Hürmüz Boğazı ətrafında risklərin davam etməsi satış təzyiqini gücləndirib.

Day.Az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp hərbi tədbirlərin genişləndirilməsi barədə göstəriş verib ki, bu da investor narahatlığını artırıb.

Gərginlik fonunda Brent neftinin qiyməti 0,6% artaraq 105 dollara çatıb, ABŞ-nin 10 illik istiqraz faizi 4,32% səviyyəsində qərarlaşıb. Dollar indeksi 98,9-a yüksəlib, qızılın unsiyası isə 0,4% azalaraq 4674 dollar olub. ABŞ-də əsas indekslər də enib. Belə ki, Dow Jones 0,36%, S&P 500 0,41%, Nasdaq isə 0,89% dəyər itirib.

Avropa və Asiya bazarlarında da qarışıq və əsasən mənfi dinamika müşahidə olunub. ABŞ-da işsizlik müraciətləri 214 minə yüksəlib, PMI göstəriciləri isə 52-54 aralığında olub. Bu qeyri-müəyyənlik fonunda investorlar ehtiyatlı mövqe tutmağa davam edir.

Seçilən
83
day.az

1Mənbələr