AZ

Avropa Komissiyası Rusiyaya görə Venesiya Bienalına maliyyəni dayandırdı

ain.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropa Komissiyası Rusiyanın sərgiyə qayıtması ilə əlaqədar Venesiya Bienalına 2 milyon avro məbləğində maliyyə ayrılmasının dayandırıldığını bildirib.

Kulis.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Toma Renye qurumun saytında yayımlanan brifinqdə məlumat verib.

2 milyon avroluq qrant ləğv edildi

"Təsdiq edə bilərəm ki, Avropa Komissiyası 2 milyon avro dəyərində qrantın verilməsini dayandırmaq qərarı ilə bağlı məktublar göndərib", – deyə Renye vurğulayıb.

Bundan əvvəl Avropa Komissiyası Rusiyanın sərgidəki iştirakını "şokedici" adlandıraraq tədbiri maliyyədən məhrum edəcəyi ilə hədələmişdi. İtaliyanın Mədəniyyət Nazirliyi isə dərhal bəyan edib ki, Rusiyanın iştirakı ilə bağlı qərarı məmurlar deyil, birbaşa bienal təşkilatçıları verib.

Boykot qərarları və Ukraynanın etirazı

Qeyd edək ki, son dörd il ərzində Rusiya bu sərgidə iştirak etmirdi. Bu il isə tədbirdə Rusiyanın "Ağac göydə kök salıb" adlı layihəsi təqdim olunacaq.

Təşkilatçıların Rusiyanın iştirakına icazə verməsi qərarı beynəlxalq səviyyədə etirazlara səbəb olub. Finlandiya hökuməti bienalı qismən boykot etmək qərarına gəlib – onlar sərgiyə siyasi liderləri göndərməkdən imtina edərək yalnız orta səviyyəli rəsmilərlə kifayətlənəcəklərini açıqlayıblar.

Rusiya nümayəndəliyinin beynəlxalq incəsənət forumuna qayıtmasına Ukrayna da kəskin etirazını bildirib.

Xalq artisti Nəsibə Zeynalovanın xatirəsi yad edildi

Macar ədəbiyyatının kədərli dahisi - Attila Jozef haqqında maraqlı faktlar

Tağıyevin təqaüdünü kəsdiyi, Üzeyir bəyin ölümdən xilas etdiyi Xalq artisti

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
3
kulis.az

4Mənbələr