Tanınmış jurnalist Samir Oruc yeni vəzifəyə təyin edilib.
Bu barədə Samir Oruc öz sosial şəbəkə hesabında məlumat verib.
“Fəaliyyətimi Məlhəm Beynəlxalq Hospitalda Biznesin inkişafı və marketinq rəhbəri olaraq davam etdirəcəyəm. Məqsəd strateji prioritetlərə uyğun inkişaf imkanlarının dəyərləndirilməsi, vahid kommunikasiya strategiyasının formalaşdırılması və marketinq fəaliyyətlərinin sistemli şəkildə idarə olunmasıdır. Hər zamanki kimi bu yolda dəstəyinizə inanır, yeni tərəfdaşlıqlara hazır olduğumuzu bildirmək istəyirəm”.
Qeyd edək ki, Samir Oruc bundan əvvəl ölkənin tanınmış xəstəxanalarında ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifələrində çalışıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta



