AZ

Çindən İrandakı vətəndaşlarına təcili ÇAĞIRIŞ

Redaktor.az saytından alınan məlumata görə, ain.az bildirir.

Çin vətəndaşlarını İrandan çıxmağa çağırıb.

Redaktor.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, rəsmi Pekin davam edən təhlükəsizlik risklərini əsas gətirərək İrandakı vətəndaşlarını mümkün qədər tez ölkəni tərk etməyə və ya daha təhlükəsiz bölgələrə köçməyə çağırıb.

Qeyd olunub ki, hava məkanının qismən yenidən açılmasına baxmayaraq, vəziyyətin hələ də “mürəkkəb və dəyişkən” olaraq qaldığı vurğulanıb.

Məlumata görə, İranda olan Çin vətəndaşlarına həssas ərazilərdən uzaq durmaq və əlavə təhlükəsizlik tədbirləri görmək tövsiyə edilib.

Açıqlamada həmçinin Çin vətəndaşlarının mövcud şəraitdə İrana səfər etməməli olduqları bir daha diqqətə çatdırılıb.

Aminə ŞAHSUVARQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
1
redaktor.az

2Mənbələr