
Ukrayna Prezidenti Volodimir Zelenski yaxın vaxtlarda Azərbaycana və Səudiyyə Ərəbistanına səfər etməyi planlaşdırır.
Missiya.Az xəbər verir ki, bu barədə “Suspilne” mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, səfər hazırlıq mərhələsindədir və ikitərəfli əməkdaşlıqdan regional və beynəlxalq məsələlərə qədər geniş mövzuları əhatə edəcək. Xüsusilə enerji, humanitar təşəbbüslər və beynəlxalq gündəlik üzrə mövqelərin uzlaşdırılması əsas müzakirə mövzuları sırasında olacaq.
Daşqın HəsənovMissiya.Az